İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ölkənin Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması müqabilində Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına razılıq verməyə hazır olduğu iddiası ilə bağlı “İsrail Hayom” qəzetində dərc edilən məqaləni təkzib edib.
“Report” xəbər verir ki, bu barədə “TASS”ın müvafiq sorğusuna baş nazir ofisinin cavabında deyilir.
“İsrailin Fələstin dövlətinin yaradılmasına razılığı ilə bağlı “Israel Hayom” nəşrində dərc edilən məqalə yalandır”, - ofis bildirib.
Daha əvvəl bu qəzet mənbəyə istinadən bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonun Fələstin dövlətini tanımaq niyyətini bildirməsi fonunda fələstinlilərlə birbaşa sülh danışıqlarının bərpasını Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasında irəliləyişlə əlaqələndirmək imkanını nəzərdən keçirir.
İsrail Hayom iddia edib ki, baş nazir ABŞ administrasiyası ilə planlaşdırılan kompromis barədə anlaşma formalaşdırır.
Bizim Telegram kanalımıza abunə olun