IMG-LOGO

ABŞ Səudiyyə Ərəbistanından diplomatların qismən təxliyəsinə başlayıb

09 Mar 2026 06:42 2 baxış
IMG

ABŞ Dövlət Departamenti bəzi amerikalı diplomatlara və digər dövlət qulluqçularıma Səudiyyə Ərəbistanını tərk etmək göstərişini verib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti tərəfindən yayılan bildirişdə bildirilib.

Sənədə əsasən, ABŞ və İran arasında davam edən hərbi əməliyyatlar nəzərə alınmaqla, sərəncam qeyri-təcili tapşırıqları yerinə yetirən əməkdaşlara, eləcə də onların ailə üzvlərinə şamil edilir.

Qeyd olunur ki, qərar təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən verilib. Daha əvvəl ABŞ hakimiyyəti vətəndaşlarına İranın mümkün raket və pilotsuz təyyarə hücumları səbəbindən Səudiyyə Ərəbistanına səyahət planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

Xəbər lenti