Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ölkənin hərbi-sənaye kompleksinin müəssisələrinə haker hücumlarının artdığını açıqlayıb və bu hücumlarda Rusiyanın əli olduğunu irəli sürüb.
“Report” xəbər verir ki, o, bu barədə “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.
“Biz getdikcə tez-tez və aqressivləşən Rusiya mənşəli kiberhücumlarla qarşılaşırıq. Bu hücumlar bizim infrastrukturumuza qarşı yönəlib”, - deyə o bildirib
Nazirin sözlərinə görə, bir neçə ay əvvəl hakerlərin ölkənin iri müdafiə müəssisəsinə hücumunun qarşısı alınıb:
“Hakerlər Fransa və onun müttəfiqləri üçün hərbi istehsalı pozmağa cəhd ediblər”.
Bizim Telegram kanalımıza abunə olun