İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elit bölməsi) İsrail və ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına "Doğru vəd-4" əməliyyatının 30-cu mərhələsini elan edib.
"Report"un məlumatına görə, əməliyyatın təfərrüatlarını İranın Dövlət Televiziyası açıqlayıb.
"Əməliyyatın 30-cu mərhələsi "Fəttah" hipersəs raketləri, "Hürrəmşəhr-4" və "Xeybər" superağır raketləri ilə həyata keçirilib", - bəyanatda deyilir:.
SEPAH atılan bütün raketlərin nəzərdə tutulan hədəflərə zərbə endirdiyini iddia edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.