IMG-LOGO

İranın yeni Ali rəhbəri seçilib

09 Mar 2026 01:19 6 baxış
IMG

İran İslam Respublikasının Ekspertlər Şurası Müctəba Xameneini İslam Respublikasının yeni Ali rəhbəri seçib.

"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İran Ekspertlər Məclisinin üzvü Hüseyn Əli Eşkəvari daha əvvəl Xameneinin adının İranın Ali lideri olaraq qalacağını bildirib. Eşkəvari əlavə edib ki, yeni lider seçilib və onun adı tezliklə rəsmilər tərəfindən açıqlanacaq.

Xatırladaq ki, Ali rəhbər vəzifəsinə bir neçə nəfər namizəd idi. 57 yaşlı Müctəba Xamenei Körfəz müharibəsində iştirak edib. O, atasının siyasi kursunun qatı tərəfdarı kimi tanınır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.

Xəbər lenti