Sanksiyaya məruz qalan Şimali Koreya parik və kirpik ixrac etməklə milyonlarla dollar qazanır.
Lent.az-ın xəbərinə görə, təkcə ötən il Çinə təxminən 167 milyon dollar dəyərində 1680 ton saxta kirpik, saqqal və parik ixrac edilib.
Çində bu mallar yenidən qablaşdırılır və sonra digər ölkələrə, o cümlədən Qərb ölkələrinə satılır. Qiymətlərin aşağı olduğu 2019-cu ildə Şimali Koreya 31,1 milyon dollara 1829 ton saqqal, kirpik və parik ixrac edib.
Şimali Koreyanın açıqlanan ixracatının demək olar ki, hamısının təyinatı Çindir. Pariklər və kirpiklər 2023-cü ildə ölkənin ixracatının təxminən 60 faizini təşkil edib.