IMG-LOGO

Dənizdə buz parçası qopdu, balıqçılar köməksiz qaldı

18.02.2024 08:29 49 baxış
IMG

Rusiyada Oxot dənizində buz parçasının qopması nəticəsində balıqçlar köməksiz vəziyyətdə qalıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Oxot dənizinin Starodubskoye kəndi yaxınlığında 50 metr enində buz sahəsinin qopması baş verib. İlkin olaraq 80-dən çox balıqçı sahildən bir kilometr aralıda tapılıb. Həvəskar balıqçılar qayıqla xilas edilir. Əraziyə Mi-8 helikopteri cəlb edilib, 75 nəfər artıq sahilə çıxarılıb”, - deyə idarənin yaydığı məlumatda qeyd olunub.

Xəbər lenti