Qazaxıstanın İrandakı diplomatik korpusunun əməkdaşları "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.
"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə olunan diplomatların sayı üç nəfərdir.
Bununla yanaşı, 8 Rusiya vətəndaşı da təxliyə edilib.
Qeyd edək ki, daha əvvəl – gecə saat 01:00-a qədər Almaniyanın 13, İspaniyanın isə 6 diplomatının Azərbaycana keçidi təmin edilib.