Braziliyada ötən il işsizlik səviyyəsi 2022-ci illə müqayisədə 1,8 faiz azalaraq 7,8 faiz təşkil edib.
"Report" Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Braziliyanın Coğrafiya və Statistika İnstitutu məlumat yayıb.
“2023-cü ildə Braziliyada işsizlərin sayı 8,5 milyon nəfər olub, məşğul əhalinin sayı isə 2022-ci illə müqayisədə 3,8 faiz artaraq 100,7 milyon nəfərə çatıb”, - deyə məlumatda bildirilir.
Ötən il Braziliyanın 27 federal vahidindən 26-da işsizlik səviyyəsində azalma qeydə alınıb, yeganə artım isə ölkənin şimaldakı Roraima əyalətində müşahidə edilib.
Bizim Telegram kanalımıza abunə olun