IMG-LOGO

Litva Prezidenti: Rusiyaya qarşı sanksiyalar mexanizmi təsirsizdir

18.02.2024 03:54 46 baxış
IMG

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiya tədbirləri səmərəsizdir.

“Report” BNS agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Münxen Təhlükəsizlik Konfransında iştirak edən Litva Prezidenti Gitanas Nauseda deyib.

“Etiraf etməliyik ki, bütün bu sanksiya paketləri Rusiya iqtisadiyyatına çox məhdud, səmərəsiz təsir göstərib”, – o qeyd edib.

“Biz bunu (sanksiyaların məhdud təsirini - red.) Rusiyanın makroiqtisadi göstəricilərində görürük”, – o vurğulayıb.

Nauseda hesab edir ki, bu vəziyyətin səbəblərindən biri Aİ-nin tətbiq etdiyi sanksiyalardan yan keçmək imkanlarıdır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti