IMG-LOGO

Çexiya və Ukrayna liderləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

18.02.2024 01:28 52 baxış
IMG

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski çexiyalı həmkarı Petr Pavellə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin mətbuat xidməti məlumat yayıb.

Zelenski Rusiyanın hərbi müdaxiləsi ilə mübarizədə Ukraynaya hərtərəfli dəstəyə görə Çexiya rəhbərinə, hökumətinə və xalqına təşəkkür edib.

Volodimir Zelenski və Petr Pavel Ukrayna qoşunlarının döyüş meydanında, xüsusən artilleriya sistemləri və mərmilərə olan cari ehtiyaclarını nəzərdən keçiriblər.

Liderlər həmçinin Ukraynaya müdafiə dəstəyi və iki ölkənin müdafiə sənayesi arasında silahların birgə istehsalı sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinə də böyük diqqət yetiriblər.

Ukraynanın ehtiyacları üçün müdafiə təyinatlı məhsulların tədarükündə digər müttəfiqlərlə qarşılıqlı fəaliyyətdə Çexiyanın fəal rolu qeyd edilib.

Zelenski Çexiya tərəfindən Ukraynanın sülh formulasına dəstəyini yüksək qiymətləndirib.

Həmsöhbətlər Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyişini, həmçinin NATO-nun Vaşinqton sammitindən gözləntiləri müzakirə ediblər.

Xatırladaq ki, daha öncə Çexiya Prezidenti Ukrayna üçün 1 milyona yaxın artilleriya mərmisi tapdığını bildirmişdi.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti