IMG-LOGO

ABŞ və İsrail İsfahana zərbə endirib, 11 nəfər həlak olub

08 Mar 2026 10:17 5 baxış
IMG

ABŞ və İsrail İranın İsfahan şəhərində istehsalat sexi və atçılıq klubuna zərbələr endirib.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İsfahan vilayət rəhbərinin təhlükəsizlik üzrə müavini məlumat yayıb.

O bildirib ki, zərbə nəticəsində 11 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Rəsminin sözlərinə görə, yeni zərbə dalğasında İranın səkkiz şəhərinə hücum təşkil edilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail hava zərbələri ilə İrana qarşı hərbi əməliyyata başlayıb. Hücum nəticəsində İranın ali rəhbəri Əli Xamenei həmin gün səhər öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyanat verib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazaları zərbələrə məruz qalıb.

Xəbər lenti