IMG-LOGO

Qırğızıstanda mədəndə qaz sızması baş verib, ölənlər var

08 Mar 2026 10:41 5 baxış
IMG

Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində baş verən qaz sızması nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan FHN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb. Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.

Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qırğızıstanda mədəndə qaz sızması baş verib, ölənlər var

Xəbər lenti