IMG-LOGO

Orban: Parlament yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olmasına baxacaq

17.02.2024 22:40 49 baxış
IMG

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını yaz sessiyasının əvvəlində ratifikasiya etməlidir.

“Report” “Index”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban çıxışında bildirib.

Macarıstan lideri deyib ki, Budapeştin Stokholmla mübahisəsi “sona çatır”.

“Biz İsveçin Baş naziri ilə mühüm addımlar atdıq. Parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasına doğru gedirik”, – Orban bildirib.

Macarıstan parlamentinin işi fevralın 26-da bərpa olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti