ABŞ Rusiyadan Ukraynaya dəymiş ziyana görə təzminat tələb edəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Harris söyləyib ki, Prezident Cozef Baydenin administrasiyası müharibə bitdikdən sonra Ukraynaya dəymiş ziyana görə Rusiyadan təzminat tələb edəcək:
“Biz ədalətli və davamlı sülhə nail olmaq üçün səylərimizi davam etdirəcəyik. Biz Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsini təmin edəcəyik”.
“Prezident Baydenlə mən uğur qazanmaq üçün lazım olan resurslara və silahlara sahib olmanızı təmin etmək üçün işləməyə davam edəcəyik”.
“Lazım olduğu qədər sizinlə olacağıq”, – siyasətçi vurğulayıb.
Bizim Telegram kanalımıza abunə olun