Almaniyanın İran İslam Respublikasındakı səfirinin müşaviri Manfred Şüller Azərbaycana təxliyə olunub.
"Report" xəbər verir ki, diplomat Azərbaycan dövlətinə onların təxliyəsi ilə bağlı yaratdığı şəraitə görə təşəkkür edib.
"Azərbaycan hakimiyyəti heç bir bürokratiya olmadan Tehrandakı Almaniya səfirliyinin işçilərinin girişinə icazə verdilər. Biz buna görə çox minnətdarıq. Uzun bir səfərimiz oldu, ona görə də indi özümüzü yaxşı yerdə hiss edirik".
Diplomat həmçinin Tehranda yaşanan bomba partlayışlarından danışıb: "Tehranda çoxlu hücumlar olur. Onları eşidirsiniz, görürsünüz. İndi Tehrandakı digər insanlarla əlaqə saxlayıram".