Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın artıq buna ehtiyacı olmadığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib.
"Biz danışıqlar aparmaq istəmirik. Onlar danışıqlar aparmaq istəyərlər. Amma biz istəmirik", - deyə o bildirib.
O, həmçinin İranın cənubundakı qızlar məktəbinə edilən hücuma görə Tehranın məsuliyyət daşıdığını bildirib: "Gördüklərimə əsasən, inanıram ki, bunu İran edib".
Eyni zamanda ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana quru qüvvələri göndərmək planının olmadığını, lakin bunun gələcəkdə baş verə biləcəyini bildirib.