Avropa Komissiyası mart ayında Avropa İttifaqının (Aİ) müdafiə sənayesi strategiyasını təqdim edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, bu sənədlə müdafiə sahəsində istehsalın 20 faiz artırılması nəzərdə tutulur.
O, həmçinin qeyd edib ki, Aİ-də müdafiə məsələləri üzrə komissar vəzifəsinin yaradılması planlaşdırılır.
Bizim WhatsApp kanalımıza abunə olun