Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov elm və ali təhsil naziri Valeri Falkova yeni tədbir təklif edib ki, bu da parlamentarinin fikrincə, ölkədə doğum səviyyəsini artırmağa kömək edəcək.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, dövlət məmurlarının rus qadınlarına mümkün qədər tez uşaq sahibi olmağa çağırışları fonunda deputat universitetlərdə gənclərlə işləməyi təklif edib.
Nilovun Falkova ünvanladığı məktuba diqqət çəkib. Deputat müraciətində yazır ki, tələbə qızlar övlad sahibi olmaqdan imtina edə bilərlər, çünki bu, onların dərslərinə mane olacaq. Nilov hesab edir ki, universitetlərdə uşaq bağçalarının yaradılması qız tələbələrin uşaqlarını göndərib dərsə gedə biləcəyi problemin həllinə kömək edəcək.
Nilov təklif edir ki, Falkov akkreditasiya olunmuş universitetlərdə uşaq bağçalarının açılması təklifinə baxsın. Deputat hesab edir ki, bu, gənc valideynlərə kömək edəcək və onları təhsillərini yarımçıq qoymadan uşaq dünyaya gətirməyə həvəsləndirəcək.