Husilərin Qırmızı dənizdə gəmilərə qarşı hücumlarını dayandırmaq üçün Çin Tehrana təsir göstərməlidir.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Çinin xarici işlər naziri Van Yi ilə birgə mətbuat konfransından sonra verdiyi bəyanatda vurğulanıb.
Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir: “Xarici işlər naziri Çini İran üzərindəki nüfuzundan istifadə edərək husilərə Qırmızı dənizdəki hərəkətlərinə görə təzyiq göstərməyə çağırıb”.
Çin və Britaniya arasında ikitərəfli danışıqlar dekabrın 16-da Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Bizim Telegram kanalımıza abunə olun