IMG-LOGO

Ekvador Rusiya istehsalı hərbi avadanlıqları ABŞ-a tədarük etməyəcək

17.02.2024 05:49 50 baxış
IMG

“Ekvador Rusiya istehsalı hərbi avadanlıqları ABŞ-a tədarük etməyəcək”.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Ekvadordakı səfiri Vladimir Sprinçan ölkə prezidenti Daniel Noboa ilə görüşdən sonra məlumat verib.

Onun sözlərinə görə, Ekvador prezidenti görüş zamanı ölkənin neytral statusunu xüsusi vurğulayıb

“Ölkə bitərəf statusunu və BMT-də daimi üzvlüyünü nəzərə alaraq, heç kim tərəfindən münaqişəyə cəlb oluna bilməz. Ekvadorun mövqeyi gərgin bölgələrə silah və sursat göndərmək deyil, münaqişələrin diplomatik vasitələrlə sülh yolu ilə həllinə töhfə verməkdir”.

O əlavə edib ki, Ekvador hakimiyyətin avadanlığın ABŞ-a təhvil verilməməsi ilə bağlı rəsmi qərarı gələn həftə məlum olacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti