IMG-LOGO

Çinin xarici işlər naziri ABŞ-a xəbərdarlıq edib

17.02.2024 06:15 48 baxış
IMG

Çin Xalq Respublikasından ayrılma strategiyası ABŞ üçün əks nəticələrə səbəb olacaq.

“Report” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

Onun sözlərinə görə, risklərdən yayınma, bloklaşma və əhəmiyyətli maneələrin yaradılması, ÇXR-dən ayrılma sonda Amerika Birləşmiş Ştatları üçün əks-məhsuldar nəticələrə gətirib çıxaracaq.

Nazir əlavə edib ki, rəsmi Vaşinqton Çinin inkişafını obyektiv və rasional dərk etməli və Pekinə qarşı pozitiv və praqmati” xarici siyasət strategiyası həyata keçirməlidir.

O, iki ölkə arasında ən yüksək səviyyədə əldə edilmiş öhdəliklərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Çinin xarici işlər naziri qeyd edib ki, ABŞ hakimiyyət orqanları, razılaşmalara uyğun olaraq, praktikada “Vahid Çin” siyasətinə əməl etməli və Tayvan boğazında sülhün qorunmasına kömək etməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti