IMG-LOGO

BMT Məhkəməsi İsrailə qarşı yeni tədbirlərin tətbiqi üçün heç bir əsas tapmayıb

17.02.2024 01:47 48 baxış
IMG

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının (CAR) Qəzza zolağındakı vəziyyətlə bağlı qaldırdığı iddia çərçivəsində İsrailə qarşı əlavə müvəqqəti tədbirlərin tətbiqinə ehtiyac görmür.

“Report” xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

Qeyd olunub ki, bu təhlükəli vəziyyət məhkəmənin yanvarın 26-da qəbul etdiyi və Rəfah da daxil olmaqla bütün Qəzza zolağına şamil edilən müvəqqəti tədbirlərin dərhal və effektiv şəkildə həyata keçirilməsini tələb edir.

“Buna görə də hakimlər əlavə müvəqqəti tədbirlərin tətbiqinə ehtiyac olmadığını bildiriblər. İsrail Qəzza zolağında fələstinlilərin təhlükəsizliyini təmin etmək də daxil olmaqla, soyqırım konvensiyası və müvəqqəti tədbirlər əmrindən irəli gələn öhdəliklərinə tam əməl etməyə borcludur”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, CAR 29 dekabr 2023-cü ildə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Konvensiyanın mümkün pozulması ilə bağlı İsrailə qarşı iddia qaldırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti