IMG-LOGO

Macarıstanın Kalvinist lideri siyasi qalmaqal fonunda istefa verdiyini açıqlayıb

17.02.2024 00:44 48 baxış
IMG

Macarıstan İslahat (Kalvinist) Kilsəsinin rəhbəri yepiskop Zoltan Baloq pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqalda əli olduğu üçün istefa verdiyini açıqlayıb.

“Report” xəbər verir ki, Kalvinist kilsəsinin internet saytında verilən məlumata görə, Baloq qərarını məsələdəki rolunu aydınlaşdırmaq üçün çağırılan sinod iclasında açıqlayıb.

Yepiskop kifayət qədər sayıq və tədbirli olmadığına, bu məsələdə təhlükə görmədiyinə görə bağışlanmasını istəyib. Onun istefası ilə bağlı yekun qərarı Macarıstan Kalvinistləri Şurası verəcək.

Qeyd edək ki, Macarıstan Prezidenti Katalin Novak və Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiklərini açıqlayıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti