Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı dələduzluqda təqsirli bilib.
“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Qeyd olunub ki, məhkəmənin qərarına görə Tramp təxminən 355 milyon dollar təzminat ödəməlidir.
Bundan əlavə, Trampın Nyu-Yorkda hər hansı korporasiyanın əməkdaşı və ya direktoru kimi fəaliyyət göstərməsi üç il müddətinə qadağan ediləcək. Keçmiş Amerika lideri çox güman ki, qərardan şikayət edəcək.
Bizim Telegram kanalımıza abunə olun