IMG-LOGO

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

06 Mar 2026 20:34 5 baxış
IMG

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin İrandan pakistanlı vətəndaşların təxliyəsində davam edən köməyə görə Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Məlumata görə, səfir Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla danışıq aparıb.

"Mən Naxçıvana pilotsuz uçuş aparatlarının zərbələrini qətiyyətlə pisləyən Pakistanın mövqeyini təsdiqlədim. Pakistan Azərbaycanla və zərərçəkmiş vətəndaşlarla həmrəydir. Mən həmçinin Pakistan vətəndaşlarının İrandan təxliyəsində davam edən köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür etdim", - paylaşımda bildirilib.

Xəbər lenti