Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində avtobus gözləyən sakinlər dayanacaq pavilyonunun olmamasından narazıdır. Sakinlərin sözlərinə görə, insanlar günün istisində, yağışda və küləkdə yol kənarında avtobus gözləməyə məcbur qalırlar.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, TV məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Qurumdan bildirib ki, avtobus dayanacaq pavilyonları Dövlət Standartının tələblərinə uyğun quraşdırılır.
AYNA-nın açıqlamasına görə, pavilyonların yerləşdirilməsi zamanı səkinin vəziyyəti nəzərə alınır və yalnız səki şəraitinin uyğun olduğu ərazilərdə dayanacaq quraşdırılır. Lakin sakinlər hesab edirlər ki, bu cavab problemi həll etmir və həmin ərazidə insanların təhlükəsiz və rahat şəkildə avtobus gözləməsi üçün hələ də dayanacaq yoxdur.
Sakinlər isə narazıdır, videoda izləyə bilərsiz:
AYNA Xətai Nəcəfqulu Rəfiyev küçəsi avtobus dayanacağı dayanacaq problemi Bakı ictimai nəqliyyat sakinlərin narazılığı şəhər nəqliyyatı Lent.az
Mənbə: lent.az