IMG-LOGO

Almaniyanın "Union" klubuna qadın baş məşqçilik edəcək

12 Apr 2026 06:03 4 baxış
IMG

"Union" klubu baş məşqçi Şteffen Baumqartın istefasını açıqlayıb.

"Report" xəbər verir ki, qərar Almaniya çempionatı çərçivəsində səfərdə "Haydenhaym"a 3:1 hesabı ilə məğlubiyyətdən sonra qəbul edilib.

Əsas komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə 2026-cı il iyunun 30-dək, əvvəllər U-19 gənclər heyətinə rəhbərlik edən Mari-Luiza Eta təyin olunub.

"Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə "Union"un fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik", - klubun rəsmi saytı 34 yaşlı mütəxəssisin sözlərini sitat gətirib.

54 yaşlı Baumqart 2025-ci il yanvarın 2-dən baş məşqçi vəzifəsində çalışırdı. Onun işlədiyi dövrdə kollektiv 51 oyun keçirib, bu görüşlərdə 16 qələbə qazanıb, rəqibləri ilə 14 dəfə heç-heçə edib və 21 görüşdə məğlub olub.

29 turun yekunlarına əsasən, aktivində 32 xal olan "Union" Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər lenti