IMG-LOGO

Alen Berse: İranın Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir

06 Mar 2026 19:06 5 baxış
IMG

Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Həftənin əvvəlində mən Azərbaycan Prezidenti İlham Əliyevlə İranda və bütün Yaxın Şərqdə kəskinləşən böhranı, eləcə də onun Avropanın təhlükəsizliyi üçün nəticələrini müzakirə etdim. Azərbaycana PUA ilə hücum gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir. Beynəlxalq hüquq güc tətbiqi üçün əsas olaraq qalmalıdır", - o bildirib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini iyrənc terror aktı adlandırıb. Prezident bəyan edib ki, İran rəsmiləri izahat verməli, Azərbaycan tərəfindən üzr istəməli, bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Xəbər lenti