IMG-LOGO

Maksim Prevo: Belçika İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir

06 Mar 2026 19:45 5 baxış
IMG

Belçika İranın Azərbaycanın mülki infrastrukturuna personala aid şəxslərin yaralanması ilə nəticələnən dron hücumlarını qətiyyətlə pisləyir.

"Report" xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib.

"Belçika Naxçıvana dinc sakinlərin xəsarət alması və mülki infrastrukturun zədələnməsi ilə nəticələnən dünənki dron zərbələrini qətiyyətlə pisləyir. Mən Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyimi ifadə edirəm", - nazir "X" hesabında yazıb.

O, həmçinin vurğulayıb ki, İran tərəfindən istənilən eskalasiya regionda sabitliyin bərpası perspektivlərini daha da sarsıdır. "Biz dərhal təmkinliliyə və beynəlxalq hüquqa tam riayət etməyə çağırırıq", - o əlavə edib.

Xəbər lenti