IMG-LOGO

Gürcüstan və Ermənistan müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər

06 Mar 2026 17:34 6 baxış
IMG

Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Ermənistanın müdafiə naziri Suren Papikyan ilə telefon danışığı aparıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumata görə, tərəflər telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyətini və aktual məsələləri müzakirə ediblər.

Nazirlər qonşu ölkələr arasında müdafiə sahəsində sıx əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.

Məlumata əsasən, tərəflər qarşılıqlı dəstəyi bir daha təsdiqləyərək gələcək əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Xəbər lenti