IMG-LOGO

Ceyhun Bayramov azərbaycanlıların Ukraynadan evakuasiyasına görə moldovalı həmkarına təşəkkür edib

06 Mar 2026 13:25 6 baxış
IMG

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan vətəndaşlarının Ukraynadan evakuasiyasında göstərilən dəstəyə görə moldovalı həmkarına təşəkkür edib.

"Report" xəbər verir ki, C.Bayramov bu barədə Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazir bu gün keçirilən görüşdə Rusiya-Ukrayna münaqişəsinə də toxunulduğunu bildirib:

"Bu münaqişə fonunda xatırladım ki, Azərbaycan vətəndaşlarının Ukraynadan evakuasiya prosesinin böyük hissəsi məhz Moldova ərazisindən həyata keçirilib. Bu məsələdə Moldova bizə yüksək səviyyədə kömək və dəstək nümayiş etdirib. Fürsətdən istifadə edərək buna görə həmkarıma bir daha təşəkkür edirəm".

Xəbər lenti