IMG-LOGO

Akvariumda saxladığı pirani balığı sahibinin əlini parçaladı

06 Nov 2026 06:05 5 baxış
IMG
0 0

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda Mehmet Dəmir adlı şəxsin akvariumda saxladığı pirani balıqları onun əlini dişləyərək ciddi xəsarət yetirib.

Lent.az xəbər verir ki, Dəmir balıqları başqa akvariuma köçürmək istəyərkən onları əli ilə götürməyə çalışıb.

Bu zaman balıqlardan biri onun ovcundan dişləyərək böyük bir tiklə ət qoparıb.

Yaralı şəxs dərhal xəstəxanaya aparılıb və ona tibbi müdaxilə edilib.

Pirani Türkiyə akvarium

Mənbə: lent.az

Xəbər lenti