IMG-LOGO

Mixay Popşoi: Moldova İranın Azərbaycana hücumlarını pisləyir

06 Mar 2026 13:27 6 baxış
IMG

Moldova İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə endirdiyi zərbələri pisləyir.

"Report" xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Kişineu Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura hücumları və dinc əhaliyə vurulan ziyanı qətiyyətlə pisləyir.

Nazir qeyd edib ki, Moldova Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir və ölkənin suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini təsdiqləyir.

Xəbər lenti