IMG-LOGO

Moldova Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır

06 Mar 2026 13:37 7 baxış
IMG

Moldova Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bəyan edib.

"Biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq. Bu, Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyə aparan yolda mühüm addımdır", - o vurğulayıb.

O, həmçinin deyib ki, Bakı və Kişineu regional təhlükəsizlik çağırışlarına oxşar yanaşmanın tərəfdarıdır və beynəlxalq təşkilatlar çərçivəsində çox yaxşı əməkdaşlıq qurublar.

Xəbər lenti