IMG-LOGO

Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik - ƏLAVƏ OLUNUB

06 Mar 2026 13:43 8 baxış
IMG

Prezident İlham Əliyevin dünənki fikirləri açıq bir mesajdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə martın 5-də Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatlarına toxunarkən deyib.

"Dünən İran XİN rəhbəri ilə telefon danışığımızda məsələni müzakirə etdik. İran tərəfi məsələni ciddi şəkildə araşdırmağa söz verdi, biz də nəticələri gözləyirik".

C.Bayramov həmçinin bildirib ki, dövlət başçısı ötən gün baş verən dron hücumu ilə bağlı müvafiq tapşırıqlar verib:

"Artıq hadisə ilə bağlı diplomatik addımlar atılıb, nota verilib, həmkarımla telefon danışığımız olub. Artıq məsələ ilə bağlı İran tərəfindən araşdırmanın başladılması ümumi prosesdir. Azərbaycanın təhlükəsizlik tədbirləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə həyata keçirilir. Regional gərginlik fonunda hərbi qüvvələrin hazırlıq səviyyəsi maksimuma çatdırılıb".

Xəbər lenti