İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə iki ölkənin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.