İranda ABŞ və İsrailin zərbələri nəticəsində 3 643 mülki obyekt, o cümlədən 3 090 yaşayış evi zədələnib.
"Report" xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd sosial şəbəkədə bildirib.
O, həmçinin 528 kommersiya obyektinin və Qızıl Aypara Cəmiyyətinin 9 müəssisəsinin, 14 tibb və əczaçılıq mərkəzinin zədələndiyi barədə məlumat verib. Bundan başqa, hücum nəticəsində bir neçə təcili yardım maşınına ziyan dəyib.