Türkiyənin Antalya vilayətində zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd olunub ki, 12,5 km dərinlikdə baş verən zəlzələ 4,5 maqnitudalı olub.
Dağıntı barədə hələlik məlumat yoxdur.