IMG-LOGO

HRANA: ABŞ və İsrailin İrana hücumlarında ölənlərin sayı 1 168-ə çatıb

06 Mar 2026 06:53 3 baxış
IMG

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1 168-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Human Rights Activist News Agency" (HRANA) hesabat yayımlayıb.

Bildirilib ki, fevralın 28-dən etibarən hücumlarda 1168 ölüm halı qeydə alınıb. Təşkilat ölənlərin 194-nün uşaq və yeniyetmə olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti