IMG-LOGO

BMT: İranın Naxçıvana dron hücumu Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır

05 Mar 2026 22:04 5 baxış
IMG

İran İslam Respublikasının Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu Azərbaycan suverenliyinin açıq-aydın pozulmasıdır.

Bunu "Report"un ABŞ bürosunun müvafiq sualına cavab olaraq BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Sözçü BMT Baş katibinin baş verənlərlə bağlı narahatlığını dilə gətirib:

"Biz Azərbaycan ərazisinə edilən dron hücumundan aşkar şəkildə çox narahatıq və ciddi təşviş keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır", - o bildirib.

S. Düjarrik İranı beynəlxaq hüquqa və BMT nizamnamələrinə əməl etməyə çağırıb.

Xəbər lenti