IMG-LOGO

Kulubayev: İranın Azərbaycana dron hücumları narahatlıq doğurur

05 Mar 2026 21:14 7 baxış
IMG

Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı C. Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən üzr istənilməsinin, məsələyə dair izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Qırğız naziri Azərbaycan ərazisinə qarşı dron hücumlarının narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.

Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.

Ceenbek Kulubayev İranda olan Qırğız vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib, operativ dəstəyi yüksək qiymətləndirildiyi bildirilib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti