Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi hakimiyyətin devrilməsinə çağırışlarda və maliyyə fırıldaqçılığında ittiham etdiyi rusiyalı iş adamı Samvel Karapetyan barəsində ev dustaqlığı şəklində seçilmiş qətimkan tədbirini dəyişməyib.
"Report" xəbər verir ki, bu barədə onun vəkili Arman Vardevanyan "Facebook"da bildirib.
"Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsinin hakimi J.Meliksetyan apellyasiya şikayətimizi rədd etdi və Samvel Karapetyanın qanunsuz ev dustaqlığının qüvvədə qalması barədə qərar qəbul etdi. Qərarı alan kimi mütləq təfərrüatları təqdim edəcəyik...", - o yazıb.
Xatırladaq ki, yanvarın 17-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi Karapetyanın yenidən ev dustaqlığına qaytarılması barədə qərar qəbul etmişdi. Məhkəmə həmçinin iş adamının üzərindən ictimai çağırışlar və bəyanatlarla bağlı məhdudiyyətləri götürmüşdü.