Ötən il Azərbaycan 13,8 milyon ABŞ dolları dəyərində 8 min 482 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 17 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 7,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17 % az) 6 min 312 ton (-15 %), Tunisdən 2,6 milyon ABŞ dolları dəyərində (-12 %) 1 min 385 ton (-13 %), İsraildən 1,4 milyon ABŞ dolları dəyərində (+19 %) 190 ton (+14 %), Fələstindən 1,2 milyon ABŞ dolları dəyərində (+40 %) 160 ton (+40 %), Səudiyyə Ərəbistanından 416 min ABŞ dolları dəyərində (+18 %) 129 ton (+6 %) məhsul alıb.
Azərbaycan 3 il 4 aylıq fasilənin ardından İordaniyadan tədarükü (146 min ABŞ dolları dəyərində 19 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 10,2 min ton xurmanın 73 %-i İranın payına düşüb.