Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tura bu gün start veriləcək.
"Report"un məlumatına görə turun ilk oyun günündə iki görüş baş tutacaq.
Saaat 16:00-da "Ordu" "Neftçi" ilə üz-üzə gələcək. Saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları qarşılaşacaqlar.
Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq.