IMG-LOGO

KİV: MKİ-nin ABŞ səfirliyinin Ər-Riyaddakı rezidenturasına dron hücumu olub

04 Mar 2026 08:35 3 baxış
IMG

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ABŞ səfirliyinin Səudiyyə Ərəbistanındakı ərazisindəki rezidenturasına dron hücumu olub.

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, İrana məxsus olduğu güman edilən pilotsuz təyyarə Ər-Riyaddakı ABŞ diplomatik missiyasının ərazisində MKİ məntəqəsinə hücum edib.

Nəşr qeyd edib ki, hadisə zamanı MKİ-nin heç bir əməkdaşı xəsarət almayıb. Həmçinin qeyd olunur ki, hadisə İslam Respublikası üçün simvolik qələbə kimi qəbul edilə bilər.

Xəbər lenti