IMG-LOGO

BƏƏ ərazisindən İrana hücumlara icazə vermədiyini bildirib

04 Mar 2026 05:33 5 baxış
IMG

Regionda mövcud gərginlik dövründə Birləşmiş Ərəb Əmirlikləri İslam Respublikasının dəfələrlə hücumlarına baxmayaraq, öz ərazisindən və ya hava məkanından İrana qarşı heç bir hücum üçün istifadəyə icazə verməyib.

"Report"un məlumatına görə, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi bildirib.

"BƏƏ İranın dəfələrlə hücumlarına cavab olaraq mövqeyini dəyişməyib və öz ərazisindən, hava məkanından və ya ərazi sularından İrana qarşı heç bir hücum üçün istifadəyə icazə verməyib", - BƏƏ-nin Xarici İşlər Nazirliyinin xüsusi açıqlamasında deyilir.

XİN qeyd edib ki, ölkə mehriban qonşuluq siyasətinə sadiqdir və bölgədə gərginliyi azaltmaq üçün yollar axtarır.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, münaqişənin başlanğıcından bəri BƏƏ İrandan mindən çox hücuma məruz qalıb.

Xəbər lenti