IMG-LOGO

Serbiya və daha dörd ölkə vətəndaşlarını İsraildən təxliyə edib

04 Mar 2026 04:09 4 baxış
IMG

Serbiya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro və Xorvatiya vətəndaşları İsraildən təxliyə olunub.

"Report"un Balkan bürosu xəbər verir ki, onlar ilk olaraq "Air Serbia" xüsusi reysi ilə İsraildən Şarm əl-Şeyxə gətiriliblər.

Bildirilir ki, onların ümumi sayı 67 nəfərdir.

Məlumata görə, təxliyə olunanlar arasında uşaqlar da var.

Bildirilib ki, Serbiya vətəndaşlarının münaqişə zonasından geri qaytarılması ölkə hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.

Xəbər lenti