İsrail Ordusu İrana qarşı yeni genişmiqyaslı silsilə hücumlara başladığını elan edib.
"Report"un məlumatına görə, bu barədə ordunun press-relizində bildirilir.
"İsrail Ordusu İrana qarşı genişmiqyaslı silsilə hücumlara başlayıb", - bəyanatda deyilir.
İsrail Ordusu hücumların hədəflərinin İranın raket qurğuları və hava hücumundan müdafiə sistemləri olduğunu açıqlayıb.