IMG-LOGO

Türkiyə ilə Kanada nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək

04 Mar 2026 00:33 4 baxış
IMG

Türkiyənin Nüvə Enerji Şirkəti ilə Kanadanın "AtkinsRealis" nüvə enerji şirkəti arasında əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" hesabında yazıb.

Onun sözlərinə görə, Torontoda əldə edilən anlaşma Kanadanın CANDU reaktor texnologiyasının Türkiyədə tətbiqinin ətraflı qiymətləndirilməsini təşkil edir.

"Enerji səbətimizi şaxələndirmək və nüvə enerjisinin tutumunu artırmaq üçün iki ölkə arasındakı ortaq iş potensialına böyük əhəmiyyət veririk", - Bayraktar qeyd edib.

Xəbər lenti